Logo

SALAM!

Media Atelier Pro, kreativin sənətə çevrildiyi marketing və prodakşn agentliyidir. Bura Bakının ritmində yaşayan, fikri daim yeni ideya axtaran, işinə aşiq insanların yeridir. Biz işimizə sadəcə peşə kimi yox, həyat tərzi kimi yanaşırıq. Hər layihə bizim üçün yeni bir hekayə, yeni bir oyun meydançasıdır.

Biz işimizə sadəcə tapşırıq kimi baxmırıq, Biz yadda qalan, ruhlandıran və fərqli hekayələr yaratmaq üçün çalışırıq.

Komandamızın tərkibində prodakşn, marketinq və vizual incəsənət sahəsində illərlə təcrübəsi olan peşəkarlar toplanıb. Portfoliomuzda qlobal brendlər, dövlət təşəbbüsləri və yerli bizneslər üçün uğurla həyata keçirilmiş layihələrlə doludur.

Media Atelier Pro — xarakterli ideyalar, ruhu olan layihələr və detalları xüsusi diqqətlə işləyən komandadır. Biz işimizi sevərək və hər müştəriyə xüsusi diqqətlə yanaşaraq qururuq.

İş prinsipi

Proses

İş prosesimiz ilk görüşdən başlayaraq nəticəyə qədər bu etaplarla irəliləyir:

Tanışlıq
Ehtİyacların müəyyənləşdİrİlməsİ

Müştəri ilə ilk görüş zamanı brend, məqsədlər və mövcud çətinliklər haqqında ətraflı məlumat toplanır.

Strategİyanın
hazırlanması

Toplanan məlumat əsasında hədəf auditoriyaya uyğun kreativ və effektiv kommunikasiya strategiyası formalaşdırılır.

KonsepSİYA VƏ
SSENARİNİN HAZIRLANMASI

İdeya vizuallaşdırılır, lazım olduqda ssenari yazılır və təqdimat üçün ilkin maketlər hazırlanır.

Prodakşn
prosesİ

Razılaşdırılmış konsepsiyaya uyğun olaraq çəkiliş, dizayn və montaj prosesi həyata keçirilir.

Nətİcə
və İşİn təhvİlİ

Hazır kampaniya, video və ya vizual material müştəriyə təhvil verilir və yayım planı üzrə tətbiq olunur.

ƏLAQƏ

GƏLİN,
ƏMƏKDAŞLIQ EDƏK

YARADICI İDEYALAR VASİTƏSİLƏ MARKANIZI TANITMAQ İSTƏYİRSİNİZ?
BİZ HAZIRIQ!